"Bank Melli İran" Bakı filialı 2021-ci ilin ilk 6 ayını 575  min 159 manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25% çoxdur. Filial ötən ilin ilk 6 ayını 460 min 875 manat xalis mənfəət ilə bağlamışdı.

"Bank Melli İran" Bakı filialının 2020-ci ilin yanvar-iyun dövründə faiz gəlirləri 1 milyon 281 min 633 manat ikən, 2021-ci ilin eyni dövründə 1 milyon 703 min 486 manat təşkil edib (421 min 853 manat və ya 33% artıb).

Bankın haqq və komissiya gəlirləri 69 min 890 manatdan 86 202 manata yüksəlib. 

bmi1.jpgbmi2.jpgbmi3.jpg