UEFA "France Football" və "L'Equipe"nin sahibi "Groupe Amaury" ilə razılıq əldə edildiyini və Qızıl top təşkilatının gələn ildən birlikdə təşkil ediləcəyini açıqlayıb.

İqtisadiyyat.az xarici KİV-ə istinadən xəbər verir ki, 2011-ci ildən bəri mövcud olan UEFA-nın "İlin Futbolçusu" mükafatı artıq verilməyəcək.

Hər zaman Parisdə keçirilən mərasim indi başqa şəhərlərdə də keçirilə bilər.

İlin kişi və qadın məşqçiləri mükafatları da proqrama daxil ediləcək.