Paytaxtın Yeni Yasamal yaşayış massivində qeyri-yaşayış obyektində baş vermiş yanğın söndürülüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

***

09.25

Bakıda çoxmərtəbəli yaşayış binası yanır.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən binada baş verib.

Hazırda hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.

***

Daxili İşlər Nazirliyi məlumat yayıb ki, Əsəd Əhmədov küçəsində yerləşən binada yanğınla əlaqədar polis əməkdaşları xidmətə çıxarılıb.

Qeyd olunub ki, ərazidə polis əməkdaşları təhlükəsizlik tədbirləri görür.