Bu gün “Baku Marriott Hotel Boulevard”da “Türkiyə-Azərbaycan Fintech Forumu 2023” tədbiri keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan Maliyyə Texnologiyaları Assosiasiyası və Türkiyə Ödəniş Birliyinin iştirakı ilə keçirilən forum iki ölkənin maliyyə texnologiyaları sahəsində ən son inkişafları və yenilikləri bölüşmək üçün təşkil edilib. 

Forumda transsərhəd ödəniş həllərindən, “indi al sonra ödə” modellərinə qədər iki ölkənin ekosistemində əməkdaşlıq imkanlarının müzakirə ediləcəyi gözlənilir. 

Tədbirin təşkilatçısı olan “Fintech Innovation Hub – FTIHUB” innovativ ideyaları və həlləri bir araya gətirərək iştirakçılar üçün güclü əməkdaşlıq şəbəkəsi yaratmağı və rəqəmsal maliyyənin gələcəyini formalaşdıracaq imkanları araşdırmağı hədəfləyir.

Forumda bank təmsilçiləri ilə yanaşı, media nümayəndələri də iştirak edir. 

 

Gülşən Şərif