Ötən ay Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil olunan hərraclarda satılan əmlaklar bazar qiymətlərindən dəfələrlə ucuz satılıb.
İqtisadiyyat.Az Komitədən açıqlanan məlumata istinadən bildirir ki, aprel ayının 16-da keçirilən hərracda Bakı şəhər, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 125,2 kv. metr sahəsi olan mağaza 14 000 manata satılıb. Belə görünür ki, mağazanın 1 kv. metrinin orta qiyməti 112 manat təşkil edib. Halbuki Komitənin bir qədər əvvəl açıqladığı digər bir məlumatda qeyd olunub ki, Sabunçu rayonu ərazisində yaşayış mənzillərinin 1 kv. metrinin orta qiyməti 1260 manat olub. Obyektlərin qiymətinin yaşayış mənzillərindən hər zaman baha olduğunu nəzərə alsaq o zaçan hərracda satılan obyektin mövcud bazar qiymətlərindən nə qədər ucuz satıldığını görə bilərik.
Məlumat üçün onu da bildirək ki,  ötən ay Bakı şəhəri, Nizami rayonu, Ə. Vəliyev küçəsi 3 ünvanında yerləşən 176,7 kv. metr qeyri-yaşayış sahəsi cəmi 30 000 manta, Yasamal rayonu, M.Müşfiq küçəsi 501-ci məhəllədə yerləşən 84,1 kv. metr qeyri-yaşayış sahəsi 111,8 kv. metrlik torpaq sahəsi ilə birlikdə 78 000 manata satılıb.
Bunlardan başqa 23 aprel tarixində Nəsimi rayonu, Tblisi prospekti 64A ünvanında yerləşən 23,3 kv. metrlik dülgər sexi cəmi 12 500 manata satılıb. Yeniavaz.com