İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Bakı şəhərinin Qaradağ rayonu, Müşviqabad qəsəbəsi ərazisindən gecə saatlarında "Kamaz" markalı 56-BX-332, 56-BE-161, 56-BD-089, 56-BD-562, 56-BX-717 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə qanunsuz torpaq daşındığı müəyyən edilib.

Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, faktla bağlı akt tərtib olunub. Nəqliyyat vasitələrinin sürücülərinin kimliyini müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.