Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində quru otluq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə İqtisadiyyat.az-a FHN-dən xəbər verilib.

Yanğınsöndürmə işlərinə "Azərbaycan Dəmir Yolları" QSC-nin yanğınsöndürmə qatarı da cəlb olunub.

Əlavə məlumat veriləcək.

*** 14:07

Paytaxtda quru otluq sahədə yanğın başlayıb.

Bu barədə İqtisadiyyat.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

"112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində quru otluq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.