İyulun 25-də gecə saatlarında Hövsan qəsəbəsində törədilən quldurluq hadisəsi ilə bağlı daxil olan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən tədbirlər görülüb.

DİN-in mətbuat xidmətindən İqtisadiyyat.az-a verilən məlumata görə, Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakini olan bir nəfərin pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri 36 yaşlı Elməddin Rəcəbov, 23 yaşlı Nicat Şahbazov, Elvin Əhədov və Hacıqabul rayon sakini Faiq Hüseynov müəyyən olunaraq saxlanılıblar.   

Araşdırma aparılır.