Bakıda iki minik avtomobil toqquşub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə Nərimanov rayonu, Z.Bünyadov prospektində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Əzizli Kənan Nəriman oğlu idarə etdiyi "Hyundai İX 35" markalı avtomobil ilə eyni istiqamətdə hərəkətdə olarkən 1998-ci il təvəllüdlü Ağayev Məmməd Qurban oğlunun idarə etdiyi "Toyota Prius" markalı avtomobilə çırpılıb.

Nəticədə "Toyota Prius" markalı avtomobildə sərnişin olan 1962-ci il təvəllüdlü Abdullayeva Muxlisə Əhməd qızı baş ağrısı şikayəti ilə təcili yardım avtomobilində xəstəxanaya aparılarkən ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.