Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə Bakıxanov qəsəbəsi, E.Qəmbərov küçəsində qeydə alınıb.

Belə ki, İsmayılov Elşad Vəli oğlu idarə etdiyi "Nissan Tida" markalı avtomaşınla yolu keçmək istəyən piyada 1963-cü il təvəllüdlü Hüseyn Baxşeiş Saruxan oğlunu vurub.

Nəticədə piyada aldığı xəsarətdən Sabunçu Tibb Mərkəzində ölüb.

Faktla bağlı istintaq aparılır.