"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı-Sumqayıt-Bakı "Ekspres" qatarları ötən həftə 6 mindən çox sərnişin daşıyıb.

İqtisadiyyat.az bu barədə ADY-yə istinadən xəbər verir.

"Bu, həftəiçi əlavə olaraq gündəlik 1 000-dən çox sərnişinin təhlükəsiz mənzil başına çatdırılması deməkdir", - deyə məlumatda qeyd olunub.

Ekspres qatarlar heç bir aralıq dayanacaq və stansiyada dayanmadan gün ərzində 2 dəfə Bakıdan birbaşa Sumqayıta və əks istiqamətdə hərəkət edir.