"Bakı” klubunun sabiq futbolçusu Serxio Kontreras Pardoya İspaniyada hökm oxunub.

İqtisadiyyat.az xarici mətbuata istinadən xəbər verir ki, 40 yaşlı keçmiş hücumçu 6 il müddətinə azadlıqdan məhrum edilib.

Koke ləqəbi ilə tanınan oyunçu Avropada narkotik maddələrin alınması və yayılması ilə məşğul olan dəstənin üzvü olduğunu etiraf edib. Onun 16 illik həbsi tələb olunsa da, Malaqa məhkəməsi müddətin 6 illik olduğunu bəyan edib. Koke ilə yanaşı, daha 17 nəfər dəstə üzvü kimi həbs olunub.

Serxio Kontreras Pardo 2019-cu ildə narkotik alverində iştirak etdiyinə görə həbs edilmişdi. 8 ay həbsdə qaldıqdan sonra 2021-ci ilin iyulunda 15 min avro girov ödədikdən sonra şərti azadlığa buraxılıb. Lakin bu ilin martında yenidən saxlanılıb.

Qeyd edək ki, 2012-ci ildə “Bakı”da çıxış etmiş Koke 4 il sonra karyerasını başa vurub. O, Fransada “Marsel”, İspaniyada “Malaqa” kimi klubların formasını geyinib.