2023-cü ildə "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 27 milyard 335,355 milyon manat təşkil edib.

İqtisadiyyat.az BFB-yə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 82,9 % çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 23 % artaraq 12 918 olub.