Baham adalarının Qiymətli Kağızlar Komissiyası kriptovalyuta birjası FTX-dən 3,5 milyard dollar dəyərində kripto aktivlərin müsadirə edildiyini bildirib.


İqtisadiyyat.az xəbər verir ki, Baham adaları Qiymətli Kağızlar Komissiyasından verilən açıqlamada, FTX-nin Bahamalardakı törəmə şirkəti FTX Digital Markets-in 3,5 milyard dollar dəyərində rəqəmsal aktivlərinin komissiya tərəfindən idarə olunan rəqəmsal pul kisələrinə "eskrow" şəklində köçürüldüyü bildirilib.

Sözügedən köçürmənin noyabrın 12-də edildiyi qeyd edilən şərhdə, rəqəmsal aktivlərin Baham adaları Ali Məhkəməsi müştərilərə və kreditorlara və ya səlahiyyətlilərə təhvil verilməsi barədə göstəriş verənə qədər müvəqqəti olaraq komissiya tərəfindən saxlanıldığı ifadə edilib.