Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çelenc Kubokunda bu gün növbəti oyununu keçirəcək.

İqtisadiyyat.az xəbər verir ki, komanda 1/16 final mərhələsinin cavab matçında İspaniyada “Avarka de Menorka”nın qonağı olacaq. Görüşə saat 23:00-da start veriləcək.

Komandalar arasında Bakıda keçirilən görüş "Azərreyl"in qələbəsiylə başa çatıb - 3:1.