Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC ötən ili 4,336 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2021-ci il 5,439 milyon manat zərərlə üzləşib.

İqtisadiyyat.az xəbər verir ki, ötən il “Azərpoçt”un poçt xidmətlərindən gəlirləri 20,355 milyon manat, maliyyə xidmətlərindən gəlirləri 23,25 milyon manat, digər xidmətlərdən gəlirləri 11,28 milyon manat, cari hesab üzrə faiz gəlirləri 571 min manat, xarici valyuta gəlirləri 3 min manat, digər əməliyyat gəlirləri 114 min manat, investisiya fəaliyyətindən gəlirləri 10,308 milyon manat təşkil edib.

Hesabat dövründə “Azərpoçt”un əməliyyat xərcləri 26,494 milyon manat, ümumi və inzibati xərcləri 23,258 milyon manat, köhnəlmə və amortizasiya xərcləri 4,585 milyon manat, maliyyə xərcləri 90 min manat, maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərəri 6,546 milyon manat, dilinq əməliyyatları üzrə zərəri 406 min manat, mənfəət vergisi ödəmələri isə 166 min manat təşkil edib.