“Azəristiliktəchizat” ASC-nin müasirləşdirilməsi, səmərəliliyinin artırılması,xidmət səviyyəsinin yüksəldilməsi, kommersiyalaşdırma və gücləndirilməsi istiqamətində rəqəmsallaşma icra edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə istilik mövsümünün bitməsinə həsr olunmuş brifinq zamanı "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, şirkətdə İT infrastrukturuna olan tələbat optimallaşdırılıb, daxili şəbəkə sistemi yaradılıb. Biznes proseslərinin avtomatlaşdırılması, idarəetmənin çevikliyinin artırılması üçün müasir uçot və hesabatlılıq sistemləri qurulmuş, maliyyə, satınalmalar, insan resursları, abonent və müştəri xidmətləri kimi vacib funksiyaların rəqəmsəllaşdırılmasına baxımından “1C ERP” proqram təminatının tətbiqinə başlanılıb.

İstilik mövsümü ərzində Şirkətin kommersiya fəaliyətinin genişləndirilməsi məqsədilə xidmət sahələrinin yaradılması üzərində araşdırma aparılıb və yeni 7 istiqamətdə xidmətlər təklif edilir:

Qazanxana və ya istilik məntəqəsinin xidmət müqavilələri əsasında istismarı,

- İstilik sistemlərinin layihələndirmə və dizayn xidməti, istilik sistemlərinin auditi xidməti,

-Avtomatika və ölçü cihazlarının təmiri, sazlanması xidməti,

-İstilik sistemlərinin ödənişli təftişi, mexaniki və ya elektrik avadanlıqlarının təmiri və sazlanma xidmətləri,

-Mənzildaxili istilik sistemlərinin ödənişli təmiri xidmət,

-Binadaxili istilik sistemlərinin ödənişli təmiri xidmət,

-İstilik sistemləri üzrə təlim – tədris və sertifikatlaşdırma xidməti.

Bundan başqa, yeni xidmətlərin təkmilləşdirilməsi üçün şirkətin rəhbər heyətindən və mütəxəssislərindən ibarət komissiya yaradılıb.