Son dövrlər ölkədə qeyri-qanuni qazdan istifadə halları artıb.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB baş direktorunun satış üzrə müavini Rəşad Cavadov bildirib.

“Cari ilin birinci rübündə 5206 sayğaca müdaxilə halı aşkar edilib. Həmçinin qeyd olunan dövrdə 6239 ədəd sayğacdankənar istifadə halları baş verib. Sayğacdankənar hallar ötən illə müqayisədə 353 ədəd azalsa da, sayğaca müdaxilədə 1551 ədəd artım olub. Bu, abonentlərin qeyri-qanuni qazdan istifadə hallarının artmasını göstərir”, - deyə Rəşad Cavadov vurğulayıb.

O da qeyd olunub ki, kənar qoşulmalar daha çox paytaxtın payna düşür. Regionlarda belə hallara az təsadüf edilir.