27-29 yanvar tarixlərində Portuqaliyanın Almada şəhərində keçirilən Qran Pri turnirində Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alıb.

İqtisadiyyat.az xəbər verir ki, Nazim Umbayev yarışda kişilər arasında -66 kq. çəki dərəcəsində bürünc medal uğrunda görüşü, -73 kq. çəkidə və -100 kq. çəkidə final görüşlərini idarə edib.

Qeyd edək ki, Nazim Umbayev 30-31 yanvarda keçiriləcək paracüdo üzrə Portuqaliya Qran Pri turnirində də hakimlik edəcək.