Azərbaycanlı döyüşçü Çingiz Allazov "ONE Championship" təşkilatının təşkil etdiyi qran-prisinin qalibi olub.

İqtisadiyyat.az xəbər verir ki, Çingiz Allazov "ONE Championship" təşkilatının keçirdiyi qran-prisində finalda taylandlı Superbon Sinqa Mavin ilə qarşılaşıb. Kikboksinq qaydaları ilə keçirilən döyüşdə azərbaycanlı döyüşçü ikinci raundda rəqibini nakautla məğlub edib və kəmərə sahib çıxıb