"Azərbaycan, Türkiyə və Pakistan ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üçün böyük potensiala malikdir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyənin Sahibkarlar və Sənayeçilər Dərnəyinin (TUMSIAD) prezidenti Yaşar Doğan Azərbaycan-Türkiyə-Pakistan sərgisinin açılışında deyib.

"Bu gün Azərbaycanla Türkiyə arasında qarşılıqlı investisiyaların həcmi 30 milyard dollar təşkil edir. Azərbaycanla ticarət dövriyyəsi 2 milyard, Pakistanla 1 milyard dollardır. Biz bununla kifayətlənmirik", - o bildirib.

Qeyd edək ki, Bakıda keçirilən Azərbaycan-Türkiyə-Pakistan sərgisi aprelin 13-dək davam edəcək.