Azərbaycanın Qazaxıstandakı səfirliyində növbədənkənar prezident seçkiləri ilə əlaqədar səsvermə başa çatıb.

İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar səsvermə Qazaxıstan Respublikasındakı səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 08:00-dan başlayıb.