Bu ilin yanvar-aprel aylarında Azərbaycan 15,6 milyon dollar dəyərində 49,4 min ton qarğıdalı idxal edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə dəyər baxımından 3,9 milyon dollar azdır.

Hesabat dövründə qarğıdalı idxalı Azərbaycanın ümumi idxalının 0,29%-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni aylarında Azərbaycan 11,7 milyon dollar dəyərində qarğıdalı idxal edib.

 

Gözəl Həşimova