Ötən 6 ildə ölkəmizdə VB-lərin sayı da təxminən 4 dəfə artaraq 135-ə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2023-cü il üzrə fəaliyyəti barədə hesabatda bildirilib.

2023-cü ildə “Fortiori” VB, Gəncə şəhər 2 saylı VB, “Medleks” VB, “Yasa” VB, “Rifaq Həsənov və Partnyorları” VB və NMRVK-nın Şərur rayon VB-nin yeni ofisləri açılıb və vətəndaşlara keyfiyyətli hüquqi yardımın göstərilməsi üçün vəkillərin iş şəraitinin yüksək standartlara cavab verilməsi məqsədilə həmin bürolar maddi-texniki baza ilə tam təchiz olunub.

Həmçinin, hazırda Gəncə şəhərində ayrılmış binanın təmiri, Lənkəran şəhərində isə torpaq sahəsində müvafiq binanın tikintisinin başlanılması məqsədilə hazırlıq işləri davam etdirilir.