Xəzər dənizində 3,1 bal gücündə zəlzələ olub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 00:09-da qeydə alınıb.

Zəlzələ ocağı yerin 25 kilometr dərinliyində olub.