Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən Xəzər dənizində (İran) zəlzələ qeydə alınıb.

Bu barədə İqtisadiyyat.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.

Zəlzələ Lənkəran, Lerik ərazisində 3 baldan artıq hiss olunub.

***

15.07

Lənkəran rayonunda zəlzələ olub.

Bu barədə İqtisadiyyat.az-a rayon sakinləri məlumat verib.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla 15:00 qeydə alınıb.

Zəlzələ 3 bal gücündə hiss olunub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) isə bildirilib ki, bu gün saat 15.04-də ölkə ərazisində zəlzələ qeydə alınıb.