Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda yük və sərnişin daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,4% və 17,8% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 186,2 milyon ton yük daşınıb.

Yüklərin 4,1 faizi dəniz, 8,2 faizi dəmir yolu, 0,1 faizi hava, 57,1 faizi avtomobil nəqliyyatı, 30,5 faizi isə boru kəməri ilə daşınıb.