ABŞ-ın “Oracle Advisory Group" təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” Azərbaycanda seçki mühitinin ölçülməsi məqsədilə sosioloji sorğu keçirir.

İqtisadiyyat.az xəbər verir ki, sorğunun nəticələri yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, ABŞ-ın “Oracle Advisory Group" təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”  fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün Mərkəzi Seşki Komissiyasından (MSK) akkreditasiyadan keçib.

Sadiq Cavadov