Azərbaycanda kişi və qadın vəkillərin sayı açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2023-cü il üzrə fəaliyyəti barədə hesabatda bildirilib.

Hazırda ölkəmizdə fəaliyyət göstərən 2431 vəkildən 1995 nəfəri kişi, 436 nəfəri qadındır.

Həmin şəxslərdən 1976 nəfəri Bakıda, 455 nəfəri isə regionlarda fəaliyyət göstərir.

Ən yaşlı vəkil 1936-cı il təvəlüddlü Səttarova Türrə Əhəd qızı (87 yaş), ən gənc vəkil 1999-cu il təvəllüdlü Məmmədova Nuranə Asif qızıdır (24 yaş).