Ötən il Dövlət Vergi Xidməti tərəfindən müxtəlif vergi cinayətləri üzrə ümumilikdə 643 cinayət işi başlayıb.

İqtisadiyyat.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunlara vergilərin dövlət büdcəsindən yayındırılması, lisenziya (icazə) olmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla gəlir əldə edilməsi, “ƏDV geri al” məqsədi üçün yeni nəsil nəzarət-kassa aparatlarının çeklərinin satışını təşkil etməklə və dövlət büdcəsinə xüsusilə külli miqdarda ziyan vurmaqla yalançı sahibkarlıq fəaliyyətinin göstərilməsi, əmək müqaviləsi olmadan işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması, aksiz markası ilə markalanmalı olan məhsulların (malların) saxta aksiz markaları ilə markalaması və s. aiddir.

2023-cü ildə əvvəlki ildən qalıq qalmış işlər nəzərə alınmaqla, cəmi 158 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. Onlardan 88 cinayət işinin icraatına xitam verilib, 83 nəfər barəsində ittiham elan edilməklə 70 cinayət işi məhkəməyə göndərilib, 10 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.