“SPM Oil and Gas FZCO 1.” şirkətin Azərbaycandakı filialı ləğv olunur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə filial özü elan edib.

Qeyd olunub ki, kreditorlar iki ay ərzində tələblərini filialın hüquqi ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “SPM Oil and Gas” neft-mədən avadanlıqlarında istifadə olunan məhsulların, o cümlədən fırlanan mexanizmlərin istehsalı və təmin edilməsi xidmətləri, avadanlıq və maşınların layihələndirilməsi, quraşdırılması, istismarı, sınaqları, təmiri, yoxlanılması və fırlanan mexanizmlərin ehtiyat hissələrinin istehsalı ilə məşğul olan şirkətdir. 

Şirkətin Azərbaycandakı filial rəhbəri Elnur Qulamovdur. O, həm də “SPM Oil and Gas”ın Rusiya və Şərq ölkələri üzrə regional rəhbəridir.

Filial 2010-cu ildə dövlət qeydiyyatına alınıb.