Azərbaycanda kənd təsərrüfatı mallarının ixracı 2.9 faiz, sənaye məhsulu ixracı isə 19 faizə yaxın artıb.
İqtisadiyyat.az bildirir ki, bunu "Azpromo"nun rəhbəri Yusif Abdullayev deyib.
O bildirib ki, ixrac 1 milyard 921 milyon dollar olub. Azərbaycanın təkcə 9 ölkəyə ixracı 80 faiz təşkil edib. Bu ölkələrə 2 milyarddan çox məhsul istehsal edilib.
Həmçinin, Azərbaycandan Avropaya fındıq ixracının 30 milyon dollara bərabər olduğu qeyd edilib.