Azərbaycanda istilik mövsümünün müddətlərinə baxılmasına dair müzakirələr aparılır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə istilik mövsümünün bitməsinə həsr olunmuş brifinq zamanı "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, “Azəristiliktəchizat” ASC, Energetika Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə istilik mövsümünün müddətlərinə baxılmasına dair müzakirələr aparmaqdadır və təbii olaraq nəticələrinə dair ictimaiyyətə əlavə məlumat veriləcək. Mövcud qaydalara əsasən, noyabr ayının 15-dən aprelin 15-ə qədər davam edən mövsüm xarici havanın temperaturuna əsasən tənzimlənir.