"Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda 2023-2024-cü illərdə inflyasiyanın azalacağını proqnozlaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Məlumata görə, illik inflyasiyanın aşağı düşməsi manatın Azərbaycanın Türkiyə və Rusiya kimi əsas ticarət tərəfdaşlarına nisbətən nominal effektiv bahalaşması və dünya ərzaq qiymətlərinin ucuzlaşması ilə bağlıdır. Buna baxmayaraq, ərzaq və qeyri-ticari məhsullar üzrə təzyiqlər güclü olaraq qalır.

Qurum illik inflyasiyanın bu ilin sonuna qədər AMB-nin hədəf diapazonun tavanına (4±2%) yaxınlaşacağını proqnozlaşdırır. Bununla da ölkədə orta inflyasiya bu il 10,1%-ə, gələn il isə 6%-ə enəcək.

 

Gözəl Həşimova