Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında neft məhsullarının istehsalının dəyəri 3765,1 milyon manat təşkil edib. Bu da 2022-ci ilin eyni ayları ilə müqayisədə 9,4 % çoxdur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 53,4 faiz, neft koksunun istehsalı 18,2 faiz, avtomobil benzininin istehsalı 16,6 faiz, qazoylların (dizel yanacağının) istehsalı 15,6 faiz artıb, neft bitumu istehsalı 25,2 faiz, mazut istehsalı isə 93 faiz azalıb.

 

Gözəl Həşimova