Bu ilin yanvar-aprel ayları ərzində ölkəyə 123 989,84 min ABŞ dolları dəyərində 409 038,75 ton buğda idxal edilib.

İqtisadiyyat.az xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 17,8 faiz, həcmi isə 32,8 faiz artıb.

Qeyd edək ki, bu ilin ilk dörd ayı ərzində buğda idxalı ölkənin ümumi idxalının 2,34 faizinə bərabər olub ki, bu da ötən ilin eyni göstəricisindən 0,27 faiz bəndi azdır. (vergiler.az).