Minifutbol üzrə Azərbaycan yığmasının Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində keçirilən dünya çempionatının 1/8 finalındakı rəqibi məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv bu mərhələdə Portuqaliya seçməsi ilə qarşılaşacaq.

Noyabrın 1-də baş tutacaq görüşə saat 18:30-da start veriləcək. Oyun "İdman TV"dən canlı yayımlanacaq.