"Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında bir sıra sahələrdə strateji əməkdaşlığı müzakirə etdik. Son illər ərzində Aİ üzv ölkələrinin enerji təhlükəsizliyində Azərbaycanın artan rolu, bu sahədə icra olunan layihələr barədə fikir mübadiləsi apardıq".

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Bakıda Belçikanın xarici işlər naziri Hadja Lahbiblə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Cənubi Qafqazın və Azərbaycanın Avropa qitəsi, Mərkəzi Asiya və üzü şərqə doğru digər böyük ölkələrlə nəqliyyat-kommunikasiyalarda artan rolu qeyd olundu", - deyə nazir vurğulayıb.