Meksikanın Verakrus ştatında parataekvondo üzrə Qran-pri keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, yarış Azərbaycan milli komandası üçün uğurlu alınıb.

Baş məşqçi Fərid Tağızadənin yetirmələrindən Sabir Zeynalov (58 kq, K-44) Azərbaycan himnini səsləndirib. Bütün döyüşlərini qələbə ilə bitirən parataekvondoçu çempion tituluna yiyələnib.

Onun uğurunu İmaməddin Xəlilov (70 kq, K-44) da təkrarlayıb. Təmsilçimiz bütün rəqiblərinə məğlub edərək, ikinci qızıl medalımızı rəsmiləşdirib. Yığmamızın aktivinə digər mükafatı Əbülfəz Abuzərli (80 kq, K-44) yazdırıb. Parataekvondoçumuz bürünc medala yiyələnib.

Beləliklə, Qran-priyə qatılan hər 3 idmançımız çıxışını mükafatla başa vurub.

Qeyd edək ki, bu heyət eyni məkanda dünya çempionatına da qatılacaq. Mundial sentyabrın 21-24-də baş tutacaq