Macarıstanın Erd şəhərində "Erd Cup 2023" Beynəlxalq sumo turniri keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, yarışda 7 sumoçu təmsil olunan Azərbaycan yığma komandası 3 qızıl, 3 gümüş, 7 bürünc medal qazanıb. Böyüklər arasında Camal Feyziyev +115 kq çəki dərəcəsində qızıl, mütləq çəkidə isə bürünc medal qazanıb. Sadiq Ağamaliyev 115 kq çəkidə bürünc, mütləq çəkidə isə gümüş medala layiq görülüb. Xəyyam Abdullayev (70 kq) 3-cü yeri tutub. Gənclərin mübarizəsində Arif Şıxbabayev (100 kq) gümüş, Ramazan Bəxtiyarov (100 kq), Nihad Məmmədzadə (85 kq) və Rüfət Hacıyev (65 kq) bürünc medala layiq görülüblər. Arif Şıxbabayev (100 kq) və Rüfət Hacıyev (60 kq) yeniyetmələr kateqoriysasında turnirin qalibi olublar. Ramazan Bəxtiyarov (100 kq) və Nihad Məmmədzadə (90 kq) 3-cü yeri tutublar.