Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Oryol və Kursk vilayətləri üzrə idarəsi, bu ilin əvvəlindən ümumi çəkisi 99 min tondan çox olan 2 606 partiya malı yoxlayıb.

İqtisadiyyat.az "Rosselxoznadzor"a istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 76 % çoxdur.

İxrac olunan məhsulların əsas hissəsini bitki mənşəli yem əlavələri, o cümlədən ət və ət məhsulları təşkil edib. Hesabat dövründə Honq-Konq, Vyetnam, Ukrayna, Azərbaycan, Serbiya və Rumıniyaya ümumilikdə 16 250 ton ət məhsulları ixrac edilib.

Həmçinin 3 202 ton süd məhsulları, 11 min 105 ton heyvan mənşəli xammal, 2 partiya baytarlıq preparatı və 100 kq bal ixraca yönəldilib. Bu malların alıcıları Avropa İttifaqı ölkələri, Ukrayna, Honq-Konq, Çin, Tayvan, Azərbaycan, Tacikistan, Rumıniya, Slovakiya, Malayziya, Böyük Britaniya, Koreya və Avrasiya İqtisadi Birliyi ölkələri olub.