Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Qlobal Qadınlar Sammitində iştirak etmək üçün mayın 3-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səfər edəcək.

Bu barədə İqtisadiyyat.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirdə qlobal və regional meqatrendlər, davamlılığın yenidən müəyyən edilməsi, qadın sahibkarlığının inkişafı, ailə biznesində yeni reallığa keçid, gender bərabərliyinin beynəlxalq göstəricilərinin təmin edilməsi, enerji sahəsində qadınların fəaliyyəti, rəqəmsal transformasiya və əməyin gələcəyi, qadınlara məxsus müəssisələrin maliyyələşdirilməsi üçün yeni şərtlər və digər məsələlərlə bağlı müzakirələr aparılacaq.

Səfər mayın 7-də başa çatacaq.