Bu ilin yanvar-aprel aylarında Azərbaycana qəhvə idxalı 22,4 milyon dollar dəyərində olub.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, hesabat dövründə ölkənin qəhvə idxalına çəkdiyi xərc ötən ilin eyni ayları ilə müqayisədə 5,1 milyon dollar azdır.
Qeyd edək ki, ötən ilin yanvar-aprel aylarında Azərbaycana 27,6 milyon dollarlıq qəhvə idxal olunub.
Gözəl Həşimova