Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun oyunları bir dəqiqəlik sükutla başlayacaq.

Bu barədə İqtisadiyyat.az-a Peşəkar Futbol Liqasının media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.

O, "Qarabağ"ın əvəzedici komandasının və Azərbaycanın U-21 millisinin vəfat edən oyunçusu Şirxan Həsənzadənin matçlarda yad olunacağını bildirib.

Qeyd edək ki, Premyer Liqada XXXIV turun matçları 12, 13, 14 və 17 mayda olacaq.