Azərbaycan Premyer Liqasının XXXIII turunun oyunlarını izləmiş azarkeş sayı bəlli olub.

İqtisadiyyat.az xəbər verir ki, ən yüksək göstərici Tovuzda qeydə alınıb. "Turan Tovuz"un "Neftçi"ni böyükhesabla məğlub etdiyi görüşü (4:0) 4500 nəfər tribunadan izləyib.

Digər yüksək göstərici Sumqayıtda qeydə alınıb. "Səbail"in səfərdə "Sumqayıt"ı məğlub etdiyi görüşü 1300 azarkeş tribunadan izləyib.

Turun 5 oyununda ümumilikdə 8050 azarkeş arenada izləyib.

Kəpəz - Sabah (0:3) - 300 azarkeş

Şamaxı - Zirə (0:3) - 1200 azarkeş

Turan Tovuz - Neftçi (4:0) - 4500 azarkeş

Sumqayıt - Səbail (1:3) - 1300 azarkeş

Qarabağ - Qəbələ (3:0) - 750 azarkeş