Azərbaycan bu ilin yanvar-iyul aylarında 104,1 milyon dollar dəyərində pambıq ixrac edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ölkənin pambıq ixracından qazancı ötən ilin eyni dövrü ilə müqayisədə 64,8 milyon dollar və ya 38,3% azalıb.

Hesabat dövründə pambıq ixracı Azərbaycanın ümumi ixracının 0,50%-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni dövründə ölkənin pambıq ixracının dəyəri 169 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova