Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban Rumıniya çempionatının bürünc medalını qazanıb.

İqtisadiyyat.az xəbər verir ki, Rubanın şərəfini qoruduğu "CSM Lugoj" üçüncülük uğrunda “CS Rapid Bucuresti" klubu ilə üz-üzə gəlib.

Cütün hər üç matçında (3:0; 3:2; 3:1) qalib gələn voleybolçumuzun komandası Rumıniya çempionatının bürünc medalına sahib çıxıb.