Bu il iyulun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 9 milyard 195,9 milyon ABŞ dolları təşkil edib.

İqtisadiyyat.az quruma istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 0,2 % çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 2,2 %, son 1 ildə isə 24,7 % artıb.