Azərbaycan Mərkəzi Bankı (AMB) 2022-ci ili 63,955 milyon manat xalis zərərlə başa vurub.

İqtisadiyyat.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 60,7 % azdır.

AMB-nin ötən il faiz gəlirləri 221,02 milyon manat, faiz xərcləri 167,928 milyon manat təşkil edib.