Azərbaycan karateçiləri Kiprin Larnaka şəhərində yeniyetmə və gənclərin 50-ci Avropa çempionatında 3 qızıl, 1 bürünc və 2 bürünc medal qazanıblar.

İqtisadiyyat.az xəbər verir ki, 16-17 yaşlı qızların yarışında Aysu Əliyeva (59 kq), eyni yaş qrupunda oğlar arasında Fərid Savadov (55 kq), 21 yaşadək gənclərin mübarizəsində isə Əminağa Quliyev (60 kq) Avropa çempionu olublar. 14-15 yaşlı yeniyetmələr arasında Gülay Orucova (54 kq) gümüş, eyni yaş qrupunda oğlanlar arasında Rahim Əzim (+70 kq), 21 yaşadək gənclərin yarışında isə Hüseyn Məmmədli bürünc medal qazanıblar. 

Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında 4-cü yeri tutub. 3 yaş qrupu üzrə 50-ci qitə çempionatında 48 ölkədən 1114 karateçi iştirak edib.